Topaz Premyer Liqasının ikinci yarısının hazırlıqlarını doğma şəhərdə davam etdirən “Xəzər Lənkəran” çətinliklə üzləşib.
Aramsız yağan qar Lənkəran Şəhər Mərkəzi stadionunu yararsız hala salıb. Hazırda stadionda 20-25 sm hündürlüyündə qar var. Qarın stadiondan təmizlənmə işləri isə dayandırılıb. Buna səbəb axşam şaxta olacağı halda ot örtüyünün daha da bərbad vəziyyətə düşmək təhlükəsidi.
Yanvarın 31-də çempionatın növbəti turunda “Rəvan”la qarşılaşmalı olan “Xəzər Lənkəran” isə bu gün istirahətə buraxılıb. Böyük ehtimalla komanda sabah da məşqini qapalı məkanda keçirəcək.
Stadionun fotolarını təqdim edirik(“Qafqazinfo”)


Fanat.az