“Xəzər Lənkəran”: "Maaşlar yubadılsa da, məşqlər davam edir"

“Xəzər Lənkəran”: "Maaşlar yubadılsa da, məşqlər davam edir"

"Xəzər Lənkəran"da maaşların ödənilməsi gecikdirilsə də, məşqlər davam edir. Fanat.az xəbər verir ki, bu sözləri  BBC Azərbaycancaya danışan klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi heç bir problemin olmadığını bildirib: “Bu gün (dünən) məşq keçirilib, sabah da keçiriləcək. Hər-hansı problem yoxdu".

Onun sözlərinə görə maaşla bağlı yubanmalar olsa da, məşqlər davam edir: “Maaşlarla bağlı yubanma var, lakin onlar ödənilir. Məşqlər prosesi əvvəlcədən tutulan plan üzrə davam edir”.

Bundan əvvəl üç aylıq maaşlarını tələb edən “Xəzər Lənkəran”ın bütün üzvlərinin məşqlərdən imtina etdiyi xəbər verilmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər