Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına çərçivəsində təmsilçimiz “Xəzər Lənkəran” doğma azarkeşləri önündə ilk görüşdə 2 cavabsız topla məğlub olduğu İsrail “Makkabi”sini sınağa çəkəcək. “Xəzər Lənkəran” rəqibinə minimum 3 top vurmalıdır ki, Avropa Liqasında yoluna davam etsin.
Avropa Liqası
II təsnifat mərhələsi (cavab oyunu)
25 iyul
21:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail)
İlk oyun – 0:2
Baş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran. Mərkəzi şəhər stadionu
İdman24.az