“Xəzər Lənkəran” ikinci mərhələyə vəsiqə qazandı

“Xəzər Lənkəran” ikinci mərhələyə vəsiqə qazandı

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “Xəzər Lənkəran” da meydana çıxıb. Cənub klubu ilk oyunda səfərdə heç-heçəyə (1:1) razılaşdığı Malta “Slima”sı ilə qarşılaşıb. Bu görüşdə baş məşqçi Con Toşakın komandası rəqibi ilə ya qolsuz bərbərlik etməli, ya da mütləq qalib gəlməli idi. Elə “Xəzər Lənkəran” istəyinə nail olmağı bacarıb. Qarşılaşmanın 29-cu dəqiqəsində komandanın kapitanı Rahid Əmirquliyevin vurduğu tək qol cənubluları növbəti mərhələyə çıxarıb. Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.Avropa Liqası I təsnifat mərhələsi (cavab oyunu) 11 iyul“Xəzər Lənkəran” (AZƏRBAYCAN) - “Slima” (MALTA) - 1:0QOL:Rahid Əmirquliyev, 29 Hakimlər: Vim Smet, Dirk Giyon, Riyen Vanizere, Sem Loeman (hamısı Belçika) UEFA nümayəndəsi: Patrik Uaattebled (Fransa) Hakim-inspektor: Zbignev Prjesmiçki (Polşa) Lənkəran. Mərkəzi şəhər stadionu (İlk oyun – 1:1)Xəzər Lənkəran: 30. Toni Doblas, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 21. Radomir Todorov, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 99. Marin Orsuliç, 23. Nikola Qliqorov, 7. Sadio Tounkara, 11. Zohair Benouahi, 12. Junior NildoEhtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 16. Adrian Pit, 55. Ağabala RamazanovBaş məşqçi: Con ToşakSlima: 12. Qlenn Zammit, 28. Cüzeppe Muskat, 13. Baldaçino Klifford Qatt, 33. Stefano Byançard, 2. Aleks Muskat (k), 24. Paltemio Barbetti, 25. Matias Muçardi, 8. Mark Sçerri, 10. Stenli Oxavuçi Nka, 7. Con Mintoff, 11. Ariel LaudisiEhtiyat oyunçular: 1. Qenri Bonello, 3. Luka Martinelli, 27. Migelğ Kyantar, 16. Trevor Silia. 14. İvan Vuds

Baş məşqçi: Alfonso Qreko

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər