“Xəzər Lənkəran” hücumçu alır

“Xəzər Lənkəran” hücumçu alır
“Xəzər Lənkəran” iki hücumçu transfer edir. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi onların adlarını açıqlamayıb: “Con Toşak bu barədə klubumuzun prezidenti Mais Mənsimovla danışıb. İki hücumçu transfer olunacaq. Onlardan biri avropalı, digəri afrikalıdı”.
Bu gün “Xəzər Lənkəran” 4 futbolçunu komandadan kənarlaşdırıb. Cəbrayıloğlu bildirib ki, yenə gedənlərin olması istisna deyil.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər