Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran” bir çox layihələrə imza atmağı düşünür. Bu mənada Azərbaycan futbolundan həmişə ilklərə imza atan klub yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb. Belə ki, qardaş Türkiyənin nəhəng klublarından sayılan “Fənərbaxça” klubunu “Xəzər Lənkəran” ölkəmizə gətirir. Türkiyə klubunun əsas komandası ilə iyul ayının 21-də saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçiriləcək.
İdman24.az