”Xəzər Lənkəran” Bakıya yola düşdü

”Xəzər Lənkəran” Bakıya yola düşdü

Azərbaycan kubokunun final matçına hazırlaşan “Xəzər Lənkəran” Lənkəran hazırlığını başa vurub. 

“Rəvan” klubu ilə cari mövsümün premyer-liqa çərçivəsində son oyununu keçirən komanda bir günlük istirahətdən sonra final görüşünün hazırlığına start vermişdi. Lənkərandakı bazasında üç gün davam edən hazırlıq dünən gün ərzində keçirilən iki məşqlə yekunlaşıb. Bu günsəhər saatlarında Lənkəran şəhərini tərk edən “Xəzər Lənkəran” Bakıya yola düşüb. Sabahdan etibarən isə komanda Azərbaycan kubokunun final görüşünün Bakı hazırlığına start verəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər