“Xəzər Lənkəran” 2 itki ilə hazırlaşır

“Xəzər Lənkəran” 2 itki ilə hazırlaşır

Üç gündü ki, Lənkərandakı bazasında çalışmalarını sürdürən “Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb. Fanat.az xəbər verir ki, ehtiyat meydançada baş tutan hazırlığa əvəzedici heyətdən də üç futbolçu cəlb olunub.

 

 Zədəli futbolçular - Rasim Ramaldanov və Zohair Benuahi fərdi məşqlə kifayətlənibsə, Junior Nildo və Vanderson Skarduelli komanda ilə birgə hazırlıqda iştirak edib. Con Toşakın rəhbərliyi altında komanda əsasən taktiki planda müxtəlif çalışmaları yerinə yetirib.

Xatırladaq ki, "Xəzər Lənkəran" bu tur "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Fırtınalar meydanı"nda baş tutacaq görüş noyabrın 9-da 17.00-da oynanılacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər