“Makkabi”yə (Hayfa) 0:8 hesablı məğlubiyyətdən sonra 4 futbolçusunu qovan “Xəzər Lənkəran” transfer çalışmalarını sürətləndirib. Fanat.az xəbər verir ki, Lənkəran klubunun heyətinə qatmağa hazırlaşdığı futbolçulardan birinin kimliyi müəyyənləşib.
Məlumata görə, Lənkəran klubu Türkiyənin “Adanaspor” klubunda forma geyinən Mbilla Etame ilə danışıqlar aparır. 15 yaşlı hücumçu ilə danışıqların yekun mərhələdə olduğu və yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı deyilir. Xəbəri klubun mətbuat xidmətindən təsdiq ediblər.
Qeyd edək ki, Mbilla Etame 2008-ci ildən “Adanaspor”da çıxış edir. Kamerunlu forvard bu müddətdə 61 qol vurub. Məşhur “Transfermark” saytı ona 1.5 milyon avro qiymət qoyub.
İdman24.az