Bir neçə gün əvvəl böyrəyində ağrılar hiss etdiyi üçün xəstəxanaya yerləşdirilən Şahin Diniyevdən yeni xəbər var. Fanat.az xəbər vnrir ki, 49 yaşlı mütəxəssisin vəziyyəti yaxşıdı.
Bu barədə "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. Klub rəsmisi bildirib ki, Diniyev artıq komandaya başçılıq edir: "Şahin Diniyevin vəziyyəti qismən yaxşıdı və baş məşqçi dünən Gəncəyə gələrək komandaya qoşulub. Bu gün komandanı meydana da məhz özü çıxaracaq".
Fanat.az