Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

Xəlil Bəşirov karyerasını bu klubda davam etdirəcək

Hücumçu Xəlil Bəşirovun yeni iş yeri müəyyənləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, son iş yeri "Baku Sportinq" olan 25 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.

Belə ki, Xəlil artıq "Mingəçevir"lə anlaşıb. Tərəflərin 1 illik müqavilə bağlayacağı gözlənilir.

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər