"Barselona"nın sabiq baş məşqçisi Xavinin həyat yoldaşı Nuriya Kunnilera sosial şəbəkələrdə foto paylaşaraq ərinin harada işləyəcəyinə eyham vurub.
Fanat.Az xəbər verir ki, o, "Vest Hem" - "Mançester Yunayted" qarşılaşmasından (2:1) sonra 44 yaşlı mütəxəssisin və oğlunun fotosunu izləyicilərinə təqdim edib.
Şəkildə cütlüyün övladının Mançester təmsilçisinin formasında olması şübhəsiz ki, Xavinin "qırmızı şeytanlar"ın niderlandlı baş məşqçisi Erik ten Haqı əvəzləyəcəyinə işarədir:

Qeyd edək ki, daha öncə MY rəhbərliyinin ötən mövsümün sonunda "Barselona"dan ayrılan Xavi ilə danışıq apardığı barədə məlumatlar yayılıb.
Nihat