"Barselona"nın yeni baş məşqçisi Xavinin təqdimat mərasimində Kataloniya təmsilçisinin fanatları PSJ-ni təhqir edib.
Fanat.Az "Tyc Sports"a istinadən xəbər verir ki, 41 yaşlı çalışdırıcının prezentasiyasına 25 minə yaxın azarkeş qatılıb.
Xavi meydana çıxarkən onu coşqu ilə qarşılayan tərəfdarlar ardından Paris təmsilçisini "fahişə" adlandırıblar.
PSJ 2017-ci ildə 222 milyon avro qarşılığında Neymarı "Barselona"dan "qoparıbsa", bu yay Lionel Messi azad agent statusu ilə parislilərin sıralarına qoşulub.
Xavi 2015-ci ilə qədər formasının geyindiyi Kataloniya klubunun öz yetirməsidir. Ardından futbolçu kimi yollandığı Qətər "Əl-Sədd"ində 2017-ci ildən baş məşqçilik edən mütəxəssis noyabrın 8-də "Barselona" ilə müddəti 2024-cü ildə başa çatacaq müqavilə bağlayıb.
Nihat