Xavi göndərir, Messi yanına aparır - SON DURUM

Xavi göndərir, Messi yanına aparır - SON DURUM

"Barselona"nın müdafiəçisi Jordi Alba Xavinin baş məşqçi postuna gəlişindən sonra klubunu tərk edə bilər.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, Albanın müdafiədəki çıxışı 41 yaşlı çalışdırıcının xoşuna gəlmir.

Mənbə Xavinin böyük ehtimalla, Jordini heyətdə görmək istəməyəcəyini vurğulayıb.

Digər tərəfdən, Kataloniya təmsilçisinin idarəçiləri 32 yaşlı futbolçunun əməkhaqqının azaldılmasını tələb edir. Düzdür, Alba cari mövsüm "Barsa" bosslarının bu istəyini yerinə yetirib. Ancaq o, maaşının davamlı olaraq kəsilməsinə razı deyil.

Yazılanlara inansaq, artıq Lionel Messi yaxşı tanıdığı Jordinin formasını geyindiyi PSJ-yə transfer olunması üçün hərəkətə keçib. Argentinalı superulduzun Paris təmsilçisində görmək istədiyi oyunçunun heyətə qatılmasını Fransa klubunun rəhbərliyi də arzulayır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər