Xavi darmadağını şərh etdi: "Real"ın favorit olduğunu demişdim"

Xavi darmadağını şərh etdi: "Real"ın favorit olduğunu demişdim"

“Barselona” İspaniya Kubokunun yarımfinal mərhələsində "Real Madrid" 0:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, "Football Espana"ya danışan Kataloniya klubunun baş məşqçisi Xavi uğursuzluğu belə şərh edib: 

"İlk hissədə yaxşı oynadıq. Biz onların əks-hücumlarının qarşısını almalıydıq, amma əksinə qol buraxdıq. İkinci hissə başladıqdan dərhal sonra vurulan ikinci qol bizi öldürdü.

Özümüzə tənqidi yanaşmalı və işləməyə davam etməliyik. Zədələrdən danışsaq, bu, bəhanə kimi səslənəcək. İlk oyunda da, birinci hissədə də çox yaxşı mübarizə apardıq. Bununla fəxr edirəm. "Real Madrid"in favorit olduğunu demişdim, onlar Çempionlar Liqasının son qalibləridir". 

Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə “Real Madrid” 4 cavabsız qolla qalib gələrək finala yüksəlib. Beləliklə, finalda “Real Madrid”lə “Osasuna” üz-üzə gələcək.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər