Xavi Braziliya millisindən təklif alıb

Xavi Braziliya millisindən təklif alıb

"Barselona"nın baş məşqçisi Xavi Ernandesin "Barselona"dan əvvəl Braziliya millisində işləmək fürsəti olub.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu barədə özü danışıb.

"Goal" ispaniyalı çalışdırıcının fikirlərini belə təqdim edib: “Bu, tamamilə gözlənilməz bir fürsət idi. Onlar agentim vasitəsilə əlaqə saxladılar. Titenin məşqçilər korpusuna daxil olub onunla işləmək təklifi etdilər. Amma baş məşqçi olmaq istəyirdim, fürsət gözlədim və “Barselona”nın sükanı arxasına keçdim. Deyərdim ki, bu, tarixi fürsət idi. Amma mən olmaq istədiyim yerdəyəm, dünyanın ən yaxşı, ürəyimdəki klubdayam”.

Xavi 2021-ci ilin sonundan "Barselona"nı çalışdırır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər