Xavi A Seriyasından aldığı təklifi geri çevirdi

Xavi A Seriyasından aldığı təklifi geri çevirdi

"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes İtaliyada işləməkdən imtina edib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Daniele de Rossinin komandanın baş məşqçisi postundan istefa verməsindən sonra “Roma” bir neçə mütəxəssislə danışıqlar aparıb. Onların arasında Xavi, həmçinin Stefano Pioli və Françesko Farioli də olub. 

Paytaxt klubu bu mütəxəssislərlə danışıqlar aparsa da, onların hamısından rədd cavabı alıb. İtaliya klubu sonda İvan Yuriçlə razılıq əldə edib. Komanda onun rəhbərliyi altında ilk matçda “Udineze”ni 3:0 hesabı ilə məğlub edib. 

İtaliya çempionatının beş turundan sonra “Roma” 6 xal toplayıb. "Canavarlar" liderdən 5 xal geri qalaraq turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər