Xaqani Məmmədov Fariz Yusifovu "vurdu"

Xaqani Məmmədov Fariz Yusifovu "vurdu"
"Fariz Yusifov "Qarabağ" - "Neftçi" oyununu imkanlarından aşağı səviyyədə idarə etdi. Mən özüm o matçda olmamışam, həmin gün “Sumqayıt” - AZAL görüşünün hakim-inspektoru idim. Səhəri günü izlədim". Fanat.az xəbər verir ki, bu sözləri apasport.az saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Komitə sədri bildirib ki, son dəqiqələrdə "Qarabağ"ın leyhinə verilən penalti qərarı səhv olub: "Görüntülərə əsasən deməliyəm ki, orda penalti görmədim. Düzdü, baş hakim epizoda yaxın idi. Amma fikrimcə, penalti yox idi".
Məmmədov referinin cəzalanacağını bildirib: "Fariz Yusifov mütləq cəzalanacaq. Düzdü, biz bunu açıqlamırıq, amma cəza olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər