Xanımından Ueyn Runiyə "qırmızı işıq"

Xanımından Ueyn Runiyə "qırmızı işıq"

"Derbi Kaunti"nin keçmiş çalışdırıcısı Ueyn Runi MLS Liqasından aldığı təklifi geri çevirə bilər. 

Fanat.Az "Mirror"a istunadən xəbər verir ki, xanımı veteran futbolçunun Amerikaya yollanmasını istəmir. 

Mənbə onun həyat yoldaşı Kolin Runinin fikirlərini belə təqdim edib:

"Ueynin "DC United"ə təyinatına qarşıyam. Vaşinqton ziyarət üçün gözəl yerdir, lakin daimi yaşamaq baxımından xoşagələn yer deyil. Orda uşaqları aparmaq üçün heç bir yer yoxdur. Yalnız parklarda gəzə bilərsən. İdman bölmələri yoxdur. Parklar istisna olmaqla, ictimai yerlərdə vaxt keçirmək çətindir".

Qeyd edək ki, iyun ayında "Derbi Kaunti"dən ayrılan Runi hazırda klubsuzdur. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər