"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runinin həyat yoldaşı Kolin Runi ərinin bir vaxtlar alkoqol düşgünü olmasıyla bağlı söylədiklərinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, Kolin "Twitter" hesabında belə bir paylaşım edib:
"Necə varamsa, eləyəm. O da olduğu kimidir. Biz hamımız beləyik, vəssalam! Həyat yaşamaq üçündür və öz axarıyla davam edir. Təbii, həyat ideal bir anlayış deyil. Amma əsas olan hərənin öz həyatına sahib çıxmasıdır. Hamınıza sağlamlıq azulayıram".
Ueyn Runi bir müddət öncə "Mançester Yunayted"dəki keçirdiyi ilk mövsümlərdə spirtli içki aludəçisi olduğunu demişdi. İngiltərə millisinin sabiq ulduzu bəzən öz otağına çəkilərək iki gün içdiyini bildirmişdi.