Region Liqasında çıxış edən "Xan Lənkəran" təlim-məşq toplanışındadır.
Fanat.Az xəbər verir ki, Lənkəran təmsilçisi hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək. Komandanın sosial şəbəkə hesabından verilən xəbərə görə, "Xan Lənkəran" "Turan Tovuz"la gücünü sınayacaq. Oyun yanvarın 16-da saat 15:00-da "Xəzər Lənkəran" stadionunda baş tutacaq.
"Xan Lənkəran" yoxlama görüşü olmasına baxmayaraq, oyuna girişi pullu edib. Belə ki, görüşü izləmək istəyən azarkeşlər 1 manatından keçməli olacaq. Maraqlıdır ki, tərəfdarlar komandanın bu addımını alqışlayıblar.