Region Liqasının 1/4 final mərhələsində iştirak edəcək "Xan Lənkəran" vacib oyunlar ərəfəsində yoldaşlıq görüşü keçirib.
Fanat.Az xəbər verir ki, cənub təmsilçisi "Xəzri-Buzovna" ilə gücünü sınayıb.
İbrahim Uzuncanın başçılıq etdiyi kollektiv "Xəzər Lənkəran" Mərkəzi stadionunda keçirilən oyundan qalib ayrılıb - 2:0. Qolları Röyal Nəcəfov və Elməddin Hüseynzadə vurublar.
Mirağa