Region Liqasında 2021/2022 mövsümünün üçüncü turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-Qərb və Qərb regionu üzrə 10 oyun baş tutub.
Lənkəranda mövsümün ilk rəsmi oyununda "Xan Lənkəran" "Qobustan"ı böyük hesabla məğlub edib. Cənub təmsilçilərindən "Astara" da rəqibini asanlıqla yenib. Paytaxt və Şimal regionunun A qrupundakı hər iki görüşdə də darmadağın qeydə alınıb.
III turun oyunlarının nəticələrini təqdim edirik:
Paytaxt və Şimal regionu
A qrupu
Şirvanovka (Qusar) Qusar Dirçəliş (Bakı) İsgəndər Cavadov BFA (Bakı) Mübariz (Bakı)
Nəticələr:
Qusar - Mübariz 7:0 İCBFA - Dirçəliş 4:0
Mərkəz regionu
Mil (Beyləqan) Ağsu Siti Araz (Saatlı) İmişli Füzuli İsmayıllı
Nəticələr:
İmişli - Ağsu Siti 3:3 İsmayıllı - Araz (Saatlı) 0:2 Füzuli - Mil 3:1
Cənub regionu
Ümid (Cəlilabad) Astara Ərkivan (Masallı) Qobustan Xan Lənkəran
Nəticələr:
Astara - Ümid 4:0 Xan Lənkəran - Qobustan 5:0
Şimal - Qərb və Qərb regionu
Energetik (Mingəçevir) Göyəzən (Qazax) Qoşqar UGİM-2 (Gəncə) Şəki Gəncə Karvan (Yevlax) Ağstafa
Nəticələr:
Qoşqar - Karvan 2:3 Gəncə - Şəki 3:1 Göyəzən - Energetik 1:2
Qeyd edək ki, Paytaxt və Şimal regionunun B qrupunda iştirakçı sayı az (4) olduğuna görə, təşkilatçılar komandaların bu həftə məcburi istirahət etmələrinə qərar veriblər. Beləliklə, "Davam" - "İrəvan" və "Cəbrayıl" - "Şahdağ" oyunlarının gələn həftə keçirilməsi qərara alınıb.