"Xan Lənkəran" Uzuncaya qələbə hədiyyə etdi

"Xan Lənkəran" Uzuncaya qələbə hədiyyə etdi

Region Liqasında çıxış edən "Xan Lənkəran" həftəsonu yoxlama oyunu keçirib. 

Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlaşan cənub təmsilçisi təlim-məşq toplanışı çərçivəsində I Divizionda çıxış edən "Sumqayıt-2" ilə gücünü sınayıb.

Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu Zaur Nuruzadə vurub. 

Beləliklə, "Xan Lənkəran" yeni baş məşqçisi İbrahim Uzuncanın debütünə qələbə hədiyyə edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər