"Xan Lənkəran" Türkiyəyə gedir

"Xan Lənkəran" Türkiyəyə gedir

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Xan Lənkəran" təlim-məşq toplanışının əsas hissəsini ölkə xaricində keçirəcək.

Fanat.Az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Region Liqasında çıxış edən "ağ-yaşıllar" Türkiyəyə toplanışa yollanacaq.

Türkiyəli baş məşqçi İbrahim Uzunca komandasını 10 günlük vətəninə aparacaq. Hazırlığın ikinci mərhələsi 26 yanvar - 4 fevral aralığını əhatə edəcək. Antalya şəhərində olacaq təlim-məşq toplanışı müddətində "Xan Lənkəran" 2 yoxlama oyunu da keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər