"Xan Lənkəran" Türkiyədə sonuncu sınağına çıxır

"Xan Lənkəran" Türkiyədə sonuncu sınağına çıxır

Türkiyənin Antalyada bölgəsində təlim-məşq toplanışını davam etdirən "Xan Lənkəran" bu gün dördüncü yoxlama oyununu keçirəcək. 

Fanat.Az xəbər verir ki, Region Liqası təmsilçisi Almaniyanın "Türk Kelsterbax" komandası ilə gücünü sınayacaq.  Hazırlıq çərçivəsində sonuncu olacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.  

Qeyd edək ki, İbrahim Uzuncanın komandası buna qədər Antalyada üç yoxlama matçı keçirib. Almaniya "Bişhofverde"sini 1:0 hesabı ilə məğlub edən lənkəranlılar bu ölkənin digər təmsilçisi "Türkspor Dortmund"a 1:2 uduzub. Sonuncu görüşünü Türkiyənin "Diyarbekirspor" klubuna qarşı keçirən "Xan Lənkəran" 2:2 hesablı heç-heçəyə razılaşıb.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər