Antalyada təlim-məşq toplanışını davam etdirən "Xan Lənkəran" bu gün üçüncü yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Region Liqası təmsilçisi Türkiyənin "Diyarbəkirspor" komandası ilə qarşılaşıb.
İkinci liqa təmsilçisi ilə görüş 2:2 hesabıyla nəticələnib. Qollardan birinə Kazım Kazımlı imza atıbsa, digərini rəqib öz qapısına vurub.
Qeyd edək ki, İbrahim Uzuncanın komandası buna qədər Antalyada iki yoxlama matçı keçirib. Almaniya "Bişhofverde"sini 1:0 (Elvin Mirzəzadə fərqlənib) hesabı ilə məğlub edən lənkəranlılar bu ölkənin digər təmsilçisi "Türkspor Dortmund"a 1:2 (Kazım Kazımlı fərqlənib) uduzub.
Mirağa