"Xan Lənkəran" ilk səfər matçından qalib döndü

"Xan Lənkəran" ilk səfər matçından qalib döndü

Region Liqasına hazırlaşan "Xan Lənkəran" bazar günü yoxlama görüşündə qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, cənub təmsilçisi Beyləqanın "Mil" komandası ilə qarşılaşıb. 

Səfərdə baş tutan görüşdən "Xan Lənkəran" qalib ayrılıb - 2:0. Bu, lənkəranlıların ilk səfər oyunu olub. 

Komanda səfərdə azarkeş dəstəyi ilə təmin olunub. Belə ki, "Xan Lənkəran" rəhbərliyi azarkeşlər üçün iki avtobus ayırıb və Beyləqana 50 nəfərdən çox tərəfdar yollanıb. 

Qeyd edək ki, lənkəranlılar bundan əvvəl keçirdiyi yoxlama görüşlərində "Zəngilan"ı 11:0, "Moskovski"ni 3:0, "Gənclik"i 4:0, "Mübariz"i 10:1 hesabı ilə məğlub edib.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər