"Xan Lənkəran" Antalyada məşqlərə başladı

"Xan Lənkəran" Antalyada məşqlərə başladı

Region Liqasında çıxış edən "Xan Lənkəran" təlim-məşq toplanışını ölkə xaricində davam etdirir. 

Fanat.Az xəbər verir ki, cənub təmsilçisi ötən gün Türkiyənin Antalya şəhərinə yola düşüb.

Hazırlığın əsas mərhələsi üçün qardaş ölkəni seçən cənub təmsilçisi Laradakı "Grand Park" otelində məskunblaşıb.

Bugündən məşqlərə başlayan İbrahim Uzuncanın komandası Antalyada azı iki yoxlama oyunu keçirməyi planlaşdırıb ki, hələ rəqiblərin adı açıqlanmayıb. 

Qeyd edək ki, "Xan Lənkəran" hazırlığı fevralın 4-də başa vuraraq vətənə dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər