Xames Rodriqesin yeni klubu müəyyənləşdi - RƏSMİ

Xames Rodriqesin yeni klubu müəyyənləşdi - RƏSMİ

Kolumbiya milli komandasının ulduz yarımmüdafiəçisi Xames Rodriqes karyerasında yeni səhifə açaraq ABŞ-ın MLS liqasına transfer olunub.

Fanat.Az xəbər verir ki, "Minnesota Yunayted" klubu təcrübəli futbolçunun transferini rəsmən elan edib.

Xames ilə 2026-cı ilin iyun ayına qədər zəmanətli müqavilə imzalanıb. Razılaşmaya əsasən, klubun bu müqaviləni 2026-cı ilin dekabrına qədər uzatmaq opsiyası da mövcuddur.

"Real Madrid" və "Bayern Münhen" kimi dünya nəhənglərinin sabiq üzvü olan 34 yaşlı futbolçunun MLS-ə gəlişi liqada böyük maraqla qarşılanıb

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər