Xames Rodriqes Braziliya klubunda

Xames Rodriqes Braziliya klubunda

Bu ilin aprel ayında “Olimpiakos”dan ayrılandan bəri işsiz olan Xames Rodriqesin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu Braziliyanın “San Paulo” klubu ilə 2 illik müqavilə bağlayıb.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xames 2022-ci ilin sentyabr ayında Yunanıstan klubu ilə 1 illik müqavilə bağlamışdı. O, bu komandada 23 oyuna 5 qol vurub.

Rodriqes karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton” və “Əl Rayyan” klublarında da çıxış edib, Kolumbiya yğmasında 90 oyuna 26 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər