Xames Rodrigesin etdiyini Messi də bacarmayıb

Xames Rodrigesin etdiyini Messi də bacarmayıb

Kolumbiya millisinin 32 yaşlı kapitanı Xames Rodriges Amerika Kubokunda yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi unikal nəticəni ABŞ-də təşkil edilən yarışın yarımfinalında - Uruqvay millisini yendikləri matçda (1:0)  məhsuldar ötürmə müəllifi olmaqla reallaşdırıb.

Finalına yüksəldikləri turnirdə məhsuldar ötürmələrinin sayını 6-ya çatdıran Rodrigesin bacardığını indiyədək heç bir oyunçunun edə bilməyib.

1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi 5 assistlə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Kolumbiya millisi finalda Argentina ilə üz-üzə gələcək. İyulun 15-də gerçəkləşəcək həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 04:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər