Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges ABŞ-də Amerika Kubokunda Lionel Messinin uğurunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu bu nəticəni ABŞ-də təşkil edilən turnirin 1/4 finalında Panamanı 5:0 hesabı ilə yendikləri matçda reallaşdırıb.
Xames hazırkı turnirdə etdiyi məhsuldar ötürmələrin sayını 5-ə çatdırıb.
Daha əvvəl Amerika Kubokunda üç futbolçu bunu bacarıb. 1997-ci ildə braziliyalı Denilson, 2004-cü ildə onun həmyerlisi Aleks, 2021-ci ildə isə argentinalı Lionel Messi beş məhsuldar ötürmə müəllfi olub.
Qeyd edək ki, Kolumbiya yarımfinalda Uruqvay yığması ilə qarşılaşacaq. Görüş iyulun 11-də baş tutacaq.