Xames Rodriges İspaniya klubunda - RƏSMİ

Xames Rodriges İspaniya klubunda - RƏSMİ

Kolumbiya millisinin futbolçusu Xames Rodriges karyerasını İspaniyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Rayo Valyekano” ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Məlumatı İspaniya təmsilçisinin mətbuat xidməti yayıb.

Bir müddət öncə “San-Paulu”dan (Braziliya) ayrılan 33 yaşlı Rodriges yeni klubuna azad agent statusu ilə qoşulub.

Xatırladaq ki, Xames son Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib. O, Kolumbiya yığması ilə sözügedən turnirin finalına yüksəlib. Rodrigesin komandası həlledici qarşılaşmada Argentinaya 0:1 hesabı ilə uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər