"Xabi Alonsonun yolu ilə getmək istəyirəm" - İlkay Gündoğan

"Xabi Alonsonun yolu ilə getmək istəyirəm" - İlkay Gündoğan

"Barselona"nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan futbolçu karyerasını başa vurduqdan sonrakı planlarından danışıb.

Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində belə deyib:

“Oyunçuları ilə empatiya qura bilən, eyni zamanda futbol zəkasına malik məşqçi olmaq istəyirəm. Konkret, "Bayer Leverkuzen"də Xabi Alonso ilə eyni yolla getmək istərdim. Mən Alonso ilə o, Mançesterə Qvardiolanı izləməyə gələndə tanış olmuşdum. Onun çox xoş, səmimi, komandasına aydın bir plan verən bir insan olduğunu gördüm. Qvardiolanın da fəlsəfəsinin elementlərini, həm də öz fikirlərini tanıyıram. Bu, məndə onlara qarşı rəğbət yaradır”. Xatırladaq ki, Gündoğanın "Barselona" ilə müqaviləsi gələn yaya qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər