Xabi Alonsonun yerinə əsas namizədlər açıqlandı - ADLAR

Xabi Alonsonun yerinə əsas namizədlər açıqlandı - ADLAR

"Real Madrid"də ümidləri doğrulda bilməyən Xabi Alonso baş məşqçi postundan uzaqlaşdırılacağı halda, onun yerini tutmağa iki əsas namizəd açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Mundo" yayıb.

Mənbə "Kral klubu"nun idarəçilərinin Zinəddin Zidan və Yürgen Klopp varinatlarını nəzərdən keçirdiklərini vurğulayıb. 

Daha öncə Alonsonun taleyinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 10-da "Mançester Siti"yə qarşı keçiriləcək matçın nəticəsindən asılı olacağı barədə məlumatlar dərc edilib. Rəhbərliyin ispaniyalı mütəxəssisə "şəhərlilər"lə duelədək vaxt verdiyi bildirilib.

Xatırladaq ki, "Real" son 5 oyunda 1 qələbə qazanıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər