Xabi Alonso yekun qərarını verdi - Növbəti mövsümə harada başlayacaq?

Xabi Alonso yekun qərarını verdi - Növbəti mövsümə harada başlayacaq?

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun növbəti mövsümə harada başlayacağı bəllidir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, ispaniyalı mütəxəssis "Bayern Münhen" və "Liverpul"dan aldığı təkliflərə rəğmən, azı daha bir mövsüm indiki postunda qalacaq. 

Qeyd edək ki, Alonso "Bayer"i 2022-ci ildən çalışdırır. 26 tura 70 xal toplayan leverkuzenlilər Almaniya Bundesliqasının turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər