Xabi Alonso İngiltərə klubunu çalışdıra bilər

Xabi Alonso İngiltərə klubunu çalışdıra bilər

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso karyerasını İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb. 

Xəbərə görə, 41 yaşlı ispaniyalı mütəxəssis "Tottenhem"i çalışdıra bilər. 

Hazırki baş məşqçisi Antonio Konte ilə yolları ayırmağı planlaşdıran İPL təmsilçisi Alonsonu bu posta real namizəd olaraq görür. 

Qeyd edək ki, Xabi Alonsonun "Bayer"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər