Xabi Alonso 3-cü liqa klubuna məğlubiyyəti belə şərh etdi

Xabi Alonso 3-cü liqa klubuna məğlubiyyəti belə şərh etdi

Almaniya Kubokunun yarımfinalında 3-cü liqa təmsilçisi "Arminiya Bilefeld"ə uduzaraq (1:2) finala çıxa bilməyən "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini Bundesliqanın mətbuat xidməti belə çatdırıb:

"Hamı üzgündür. "Arminiya"nı təbrik edirəm. Rəqib ortaya qoyduğu futbolla finalda oynamağı haqq edirdi. Məyusuq. Ötən mövsüm bəxtimiz tez-tez gətirirdi. Bu gün isə hər şey əksinə oldu. İstər komanda şəklində, istərsə də fərdi planda arzulanan səviyyədə oynamadıq. Bu gün bizdə heç nə alınmadı. Real gücümüzü göstərməyi bacarmadıq".

Qeyd edək ki, "Arminiya" finalda "Ştutqart" - "Leyptsiq" cütünün qalibi ilə üz-üzə gələcək. İkinci yarımfinal qarşılaşması bu gün keçiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər