"Xəzər Lənkəran" Vyekoslav Tomiçlə rəsmi müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tomiçin son iş yeri "Şerif" olub. Moldova klubunun heyətində ölkə çempionatında 3 matça çıxan qolkiper Avropada 10 oyun keçirib. Belə ki, o, Çempionlar Liqasının və Avropa Liqasının təsnifat mərhələlərində 4 (hərəsində 2), Avroliqanın qrup mərhələsinin isə 6 oyununun iştirakçısı olub.
30 yaşlı qapıçı əvvəllər Xorvatiyanın "RNK Split" (2002-2003), "Medimurye" (2003-2007, 58 oyun), "Hayduk" (2007-2010, 10 oyun) və Türkiyənin "Karabükspor" (2010-2013Ö, 78 oyun) klublarında çıxış edib.
Məşhur "Transfermarkt" saytı xorvat qapıçıya 700 min avro qiymət qoyub.
Fanat.az