Vüsalın komandasından növbəti heç-heçə

Vüsalın komandasından növbəti heç-heçə

Futbol üzrə Türkiyə 1-ci liqasında XXIII turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Boluspor"un qonağı olub. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb. 

Vüsal İsgəndərli meydana start heyətdə daxil olub və 42-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 23 turdan sonra 28 xal toplayan "Keçiörengücü" turnir cədvəlinin 12-cidir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər