Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.

Fanat.Az xəbər verir ki, Bolu təmsilçisi pley-offun yarımfinalının ilk matçını öz meydanında “Bandırmaspor”a qarşı keçirib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal oyunun 71-ci dəqiqəsində – 1:3 hesabı ilə geridə olduqları zaman meydana buraxılıb.

Tərəflərin cavab qarşılaşması mayın 23-də keçiriləcək. Qalib komanda pley-offun finalında “Karagümrük”lə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər