Vüsal qol ötürməsi ilə yadda qaldı, "Boluspor" isə...

Vüsal qol ötürməsi ilə yadda qaldı, "Boluspor" isə...

Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Boluspor" da növbəti matçına çıxıb.

Bolu təmsilçisi səfərdə "Ankaragücü" ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Start "11-lik"də yer alan Vüsal 90+8-ci dəqiqədə əvəzlənib. O, matçın 28-ci dəqiqəsində vurduqları ilk qolda məhsuldar ötürmə ilə pay sahibi olub.

Qeyd edək ki, hazırda 49 xalı olan "Boluspor" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər