Vüsal İsgəndərlinin yeni baş məşqçisi bəlli oldu

Vüsal İsgəndərlinin yeni baş məşqçisi bəlli oldu

Türkiyənin I Liqasında legioner həyatı yaşayan Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü"nün yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Taner Taşkınla anlaşıb.

O, ötən həftə baş məşqçi postundan göndərilən İlkər Pürəni əvəz edəcək. İkinci Liqada çıxış edən "Ankaraspor"dan elə bu gün istefaya göndərilən Taşkın mövsümün sonuna qədər "Keçiörengücü"nün baş məşqçisi olacaq. 

Qeyd edək ki, "Keçiörengücü" 8 oyunda cəmi 4 xal əldə edib və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər