Vüsal İsgəndərlidən Türkiyədə növbəti qol

Vüsal İsgəndərlidən Türkiyədə növbəti qol

Türkiyə I Liqasında çıxış edən Vüsal İsgəndərli bu gün növbəti oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, 12-ci tur çərçivəsində Vüsal İsgəndərlinin oyunçusu olduğu "Keçiörengücü" "Gənclərbirliyi"ni sınağa çəkib. 

Futbolçumuzun komandası görüşdən 2:0 qalib ayrılıb ki, hesabı 51-ci dəqiqədə məhz Vüsal açıb. 26 yaşlı yarımmüdafiəçi 39-cu dəqiqədə oyuna daxil olub və 51-ci dəqiqədə fərqlənib. Bu, onun Ankara təmsilçisində cari mövsüm 3-cü qoludur.

"Keçiörengücü" hazırda 10 xalla 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" da bu gün növbəti sınağıma çıxacaq. "Ağ-yaşıllar" "Kocaelispor"un qonağı olacaq. Saat 20:00-da start götürəcək qarşılaşma bursalılar üçün qələbə seriyasını 4-ə çatdırıb pley-off zonasına yüksəlmək baxımından əhəmiyyətlidir. 

"Bursaspor" hazırda 14 xalla 10-cu sırada qərarlaşıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər