Vüsal İsgəndərli "Manisa" üzərində qələbəyə sevindi

Vüsal İsgəndərli "Manisa" üzərində qələbəyə sevindi

Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” komandası da növbəti matçına çıxıb.

Sözügedən komanda “Manisa” ilə qarşılaşıb. “Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. 

Millimizin yarımmüdafiəçisi də oyunun qismən iştirakçısı olub. İsgəndərli matçın 90+2-ci dəqiqəsində, hesab 1:0 olarkən meydana buraxılıb.

Bu, Bolu təmsilçisinin cari mövsümdəki ikinci qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarında 3 heç-heçə edib, 2 dəfə uduzub. “Boluspor” 7 turdan sonra 9 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər