Türkiyə I Liqasında çıxış edən Vüsal İsgəndərlinin klubu "Keçiörengücü" baş məşqçisi ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu haqda Ankara təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Son turda "Kocaelispor"a məğlubiyyət (0:1) rəhbərliyi İlkər Pürənlə bağlı qərar verməyə vadar edib. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, "Keçiörengücü" 8 oyunda cəmi 4 xal əldə edib və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mirağa