Vurğun Hüseynov Türkiyədə

Vurğun Hüseynov Türkiyədə
"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov Türkiyəyə yollanıb. Fanat.az xəbər verir ki, müdafiəçi qardaş ölkədə əməliyyat olunacaq.
Menisk nahiyəsində cərrahi əməliyyata ehtiyacı olan Vurğunun məşqlərə nə vaxt başlayacağı məlum deyil. Amma onun Topaz Premyer Liqasının XIX turunadək hazır olacağı deyilir.
Qeyd edək ki, Vurğun cari mövsümdə "Sumqayıt"ın heyətində 11 Premyer Liqa oyununa çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər