Latviya 1-ci liqasında XIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə çempionatın aşkar autsayderi "Saldus" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 9:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək oynayıbsa, Orxan 70-ci dəqiqədə əvəzlənib.
Futbolçularımızın darmadağında xüsusi payı olub. Vüqar biri penaltidən olmaqla 4 qol vurub (11, 13, 23, 89-cu dəqiqələrdə), Orxan isə iki dəfə fərqlənib (15 və 55-ci dəqiqələrdə).
Qeyd edək ki, geridə qalan turlarda 22 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.
Fanat.az