Vüqar Nadirovun yeni klubu müəyyənləşdi

Vüqar Nadirovun yeni klubu müəyyənləşdi

Vüqar Nadirov karyerasını paytaхt klubunda davam etdirəcək. Fanat.az хəbər verir ki, "Qəbələ"dən ayrılan 28 yaşlı hücumçu "İnter"lə anlaşıb.

Yayda "Xəzər Lənkəran"a keçən lakin cənub klubunda qoyulan transfer qadağası səbəbindən debüt edə bilməyən futbolçu "Qəbələ"yə üz tutmuşdu. Lakin Roman Qriqorçuk ona Premyer Liqada debüt etmək şansı vermədi. Qış fasiləsi yaranan kimi "Qəbələ" ilə yollarını ayıran Nadirov artıq "İnter"lə razılığa gəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər